Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2019 20:12
Bakı. Trend:
İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının iclası keçirilib.
İpoteka və Kredit Zəmanət Fondundan Trend-ə verilən məlumata görə, iclasda Fondun fəaliyyət istiqamətləri üzrə görülmüş işlər və cari vəziyyət müzakirə olunub. Eyni zamanda, iclasda Fondun 2020-ci il üzrə büdcəsi təsdiq edilib.
Qeyd edək ki, Fondun Nizamnaməsinə uyğun olaraq Himayəçilik Şurasının Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Mərkəzi Bankının nümayəndələrindən ibarət olmaqla 5 nəfər üzvü var.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin