Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda ölüm saçan klinika - 1 ayda 2 nəfər öldü

Bakıda ölüm saçan klinika - 1 ayda 2 nəfər öldü

Tarix: 13 Yanvar 2025 12:42

Bakıda yerləşən "Mərcan Medicare" səsküylü ölüm halları ilə bir müddətdir ki, gündəm olub.

Sonxeber.net xəbər verir ki, 2024-ci ilin dekabrında  idman zalının həyətindən meyiti tapılan bloqer Nərmin Bəylər qızı İsgəndərovanın "Mərcan Medicare" klinikasında əməliyyat olunduğu məlum olmuşdu.

Sözügedən klinikada ikinci eyni hadisə isə 30 yaşlı Nəzrin Mansurovanın başına gəlib.

O, yanvarın 3-də "Mərcan Medicare" klinikasında burnundan əməliyyat olunub. Daha sonra xanımın beynində fəsad yaranıb və komaya düşüb. "Liv Bona Dea Hospital"ın Reanimasiya şöbəsinə yerləşdirilən N.Mansurova süni tənəffüs aparatına qoşulub, intensiv müalicə aparılıb.

Göstərilən səylərə baxmayaraq, xəstə komadan ayılmayıb və dünyasını dəyişib.

Qeyd edək ki, sözügedən hadisə ilə bağlı jurnalistlərin klinikanın baş həkimi ilə əlaqə saxlama cəhdləri uğursuz alınıb. 

Asya


Etiketlər:  Bakıda ölüm saçan klinika ayda nəfər öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ