Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Astarada 3 otaqlı ev yanıb, ölən var

Astarada 3 otaqlı ev yanıb, ölən var

Tarix: 8 Dekabr 2019 17:24

Bakı. Trend:

Astara rayonunun Şiyəkəran kəndində ümumi sahəsi 112 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin bir otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı 1962-ci il təvəllüdlü Əliyev Cabir Mürvət oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Etiketlər:  Astarada 3 otaqlı ev yanıb ölən var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ