Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Sevdanı təkləyib, ağlatmışdılar, səs-küy salıb, onu...”

“Sevdanı təkləyib, ağlatmışdılar, səs-küy salıb, onu...”

Tarix: 17 Fevral 2025 20:05

Müğənni Sevda Yahyayevanın 20 il əvvəl başına gələn xoşagəlməz hadisənin üstü açılıb. 

Sonxeber.net bildirir ki,  bu haqda sənətçinin həmkarı Pərviz Mahmudov "Afaqla 10lar" verilişinə müsahibəsində danışıb.

Mahmudov Yahyayevanın göz yaşlarına səbəb olan həmin olayı belə nəql edib:

"20 il əvvəl məkanların birində Sevdanın həmkarları tərəfindən təkləndiyini gördüm. Sevda çox uğurlu olduğu üçün onu təkləmişdilər. Otağa daxil oldum və Sevdanın möhkəm ağladığını gördüm. Həmin an orada səs-küy salıb, onu müdafiə etdim. O gün bu gün mən Sevda ilə dostam".

Sevda Pərvizin danışdığı bu hadisəni yadına sala bilmədiyini söyləyib:

"Qətiyyən bu hadisəni xatırlamıram. Nə vaxt olub yadıma düşmür. Pərviz "Yeni ulduz 1"də mən isə "Yeni ulduz 2" yarışmasında olmuşam. Mən onun yazdığı ilk mahnısını oxudum. Mən onun o mahnısını oxuduğum üçün Pərviz uğur qazanıb. O da deyir ki, sən də mahnımı oxudun, uğur gətirdi. Bu məsələni Pərvizlə görüşəndə soruşacağam". /olay.az


Etiketlər:  Sevdanı təkləyib ağlatmışdılar səs küy salıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ