Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İmsakda çay içmək olmazmış

İmsakda çay içmək olmazmış

Tarix: 18 Mart 2025 08:54

Düzgün maye istehlakı Ramazan ayında ən çox diqqətdən kənarda qalan, lakin ən vacib məsələlərdən biridir. Oruc tutanların ən böyük problemi də susuzluqdur.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, mütəxəssislər susuzluğun qarşısını almaq üçün sahurda çay istehlakını məhdudlaşdırmağı məsləhət görür.

Belə ki, çay maye itkisini və susuzluğu artırır. Xüsusilə tünd qara çay yüksək miqdarda istehlak edildikdə, gün ərzində ağız quruluğuna səbəb ola bilər.

Araşdırmalara görə, insanda bədənin ehtiyacı olan mayenin vücudda qalmasını təmin edən ADH hormonu var. Çay da bu hormona təsir göstərir. Bədənin ehtiyacı olan mayenin çay içdikdən sonra ifraz edilməsi mineral və vitamin itkisini də sürətləndirir.

Bu səbəbdən də sahurda çay içmək əvəzinə süd içmək məsləhət görülür.

Tərkibindəki zülal və kalsium sayəsində süd tox saxlayır və mədəni sakitləşdirir. Həmçinin təzə sıxılmış meyvə şirələri də sahurda bədənin tələb etdiyi enerjini təmin etmək üçün çox faydalıdır.

Eyni zamanda, ayran həm susuzluğun qarşısını alır, həm də həzmi dəstəkləyir.

Ən vacib içki təbii ki sudur. Sahurda kifayət qədər su içmək gün ərzində rahat oruc tutmağınıza kömək edəcək.

Bundan əlavə, susuzluğu yatırtmaq üçün qəhvə və karbohidratla zəngin qidalardan uzaq dayanmaq lazımdır.


Etiketlər:  İmsakda çay içmək olmazmış


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ