Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaqlara hansı janrda nağıl oxumaq lazımdır?

Uşaqlara hansı janrda nağıl oxumaq lazımdır?

Tarix: 6 Iyun 2025 15:45

Uşaqları düzgün tərbiyə etməyin ən gözəl yollarından biri də onlara kitab oxumaqdır. 

Xüsusilə, uşaqların yaşlarına uyğun nağıl kitabları onların tərbiyəsində və xarakterinin formalaşmasında böyük rol oynayır.

Maraqlıdır, uşaqlara necə, hansı janrda nağıllar oxunmalıdır. 

Sonxeber.net-ın məlumatına görə, psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, uşaqlara nağıl oxumaq onların inkişafı baxımından əhəmiyyətlidir:

"Nağılların əksəriyyəti xoşbəxt sonluqda bitdiyindən uşaqlarda ümid, inam kimi duyğular da yaranır. Nağıllar uşaqların xəyal güclərini gücləndirir. Uşaqlara kitab oxumaq vərdişi aşılanarsa, zamanla onlar özləri telefon, planşet kimi zərərli vərdişlərdən əl çəkib nağıl oxumaq həvəsinə düşəcəklər. Elə kitab seçmək lazımdır ki, şəkilləri böyük və qabarıq səthli olsun. Körpə əllərini səhifə üzərində gəzdirəndə şəkilləri hiss etməyi bacarsın. Elə balaca yaşlardan başlayaraq uşağa hədiyyə kimi rəngli, şəkilli jurnallar, kitabçalar almaq lazımdır. Uşağın gözü, beləcə, kitablara və oxumağa alışacaq".


Etiketlər:  Uşaqlara hansı janrda nağıl oxumaq lazımdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ