Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu bitkini dəmləyib için, gecə xoruldamayacaqsınız

Bu bitkini dəmləyib için, gecə xoruldamayacaqsınız

Tarix: 14 Iyun 2025 00:30

Xoruldamaq yalnız şəxsin öz yuxusunu pozmur, həm də ətrafındakıların gecə istirahətini çətinləşdirir. Müxtəlif səbəblərdən yaranan bu problemə qarşı ənənəvi üsullarla yanaşı, bitki mənşəli müalicə vasitələri də mövcuddur.

Sonxeber.net bildirir ki, onlardan biri də əsrlərdir istifadə olunan ökseotu çayıdır.

Araşdırmalar göstərir ki, ökseotu təkcə xoruldamanı deyil, eyni zamanda əsəb, ürək, tənəffüs və immun sisteminə də müsbət təsir göstərir.

Təbii üsullarla sağlam yuxu və güclü immunitet üçün ökseotu çayını gündəlik vərdişə çevirmək faydalı ola bilər.

Yuxunu tənzimləyir, əsəbləri sakitləşdirir
Ökseotu əsəbləri sakitləşdirərək stress hormonlarını azaldır. Onun tərkibindəki maddələr yuxunu dərinləşdirən və bədəni rahatladan təsirə malikdir. Bu da xoruldama hallarını azalda bilər.

Qan təzyiqini salır, ürəyi qoruyur
Bitki qan dövranını yaxşılaşdırır, ürəyə yük düşməsinin qarşısını alır. Tənzimləyici təsiri ilə qan damarlarında təzyiqi azaldır və ürək-damar xəstəliklərinə qarşı qoruyucu rol oynayır.

İmmuniteti gücləndirir
Antioksidant və antivirus xüsusiyyətləri ilə tanınan ökseotu orqanizmi müxtəlif infeksiyalardan qoruyur. Xüsusilə əməliyyatlardan sonra zəifləyən immun sisteminin bərpasında faydalı ola bilər.

Tənəffüs yollarını rahatladır
Bronxlardakı qıcıqlanmanı aradan qaldırır, sinə tutulması və öskürəklə mübarizədə təsirlidir. Astma və boğulma hallarında nəfəs yollarını genişləndirərək rahatlıq verir.

Ökseotu çayının hazırlanması:

1 stəkan qaynar suya 1 çay qaşığı qurudulmuş ökseotu əlavə edin. 5-10 dəqiqə dəmlədikdən sonra süzüb içə bilərsiniz.


Etiketlər:  bitkini dəmləyib için gecə xoruldamayacaqsınız


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ