Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Depressiya və insult buna görə olur

Depressiya və insult buna görə olur

Tarix: 15 Iyun 2025 04:06

Həddindən artıq duz psixika üçün təhlükəlidir.

Sonxeber.net xəbər verir ki, endokrinoloq Zuhra Pavlova qidada duzun depressiyaya səbəb olduğunu bildirib.

"Çünki duz davranış dəyişiklikləri ilə əlaqəli iltihablı protein IL-17A istehsalını stimullaşdırır. Bir qrup alim tərəfindən aparılan araşdırmanın nəticələri "The Journal of Immunology" jurnalında dərc olunub.

Araşdırmada 5 həftə yüksək duzlu qida ilə qidalanan gəmiricilər daha az aktivləşib və ətrafa daha az maraq göstəriblər. Onlarda iltihablı zülalın səviyyəsində artım görünüb. Lakin IL-17A istehsal edə bilməyən siçanların xüsusi yetişdirilmiş xətti, istehlak etdikləri duzun miqdarından asılı olmayaraq, depressiv davranış nümayiş etdirməmişdir.

Həddindən artıq duzun zərərli olması yeni xəbər deyil. Amma insanlar bunu tez-tez unudurlar. Və söhbət təkcə mümkün depressiyadan deyil, həm də digər xəstəliklərin, o cümlədən insult və infarktların inkişaf riskinin artması ilə bağlıdır", - Pavlova qeyd edib.

Həkim xatırladıb ki, ÜST-ün tövsiyə etdiyi norma gündə beş qrama qədər duzdur. Məhsulların tərkibini oxuyun. Əgər duz inqrediyentlər siyahısında birinci yerdədirsə, deməli, orda duz normadan artıqdır. Fəst-fud, yarımfabrikatlar, kolbasa ilə xüsusilə diqqətli olmalısınız.

"Mən bu məhsullardan tamamilə imtina etməyi tövsiyə edərdim", - həkim əlacvə edib. /Medicina.az


Etiketlər:  Depressiya insult buna görə olur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ