Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ChatGPT-nin qaranlıq tərəfi - məsləhətləri ''ev yıxır''

ChatGPT-nin qaranlıq tərəfi - məsləhətləri ''ev yıxır''

Tarix: 30 Iyul 2025 18:32

OpenAI-nin məşhur süni intellekt chatbotu ChatGPT autizm spektri pozğunluğu olan bir yeniyetməni manik epizodlara sürükləyib, ərin xəyanətinə haqq qazandırıb və psixi sağlamlıq üçün dərman qəbul edən qadını tərifləyib.

Sonxeber.net xəbər verir ki, mütəxəssislər süni intellektin idarə olunmayan "məsləhətlərinin" ciddi psixoloji risklər daşıdığı barədə xəbərdarlıq edirlər.

OpenAI tərəfindən hazırlanmış və dünyada milyonlarla insan tərəfindən məlumat, əyləncə və emosional dəstək üçün istifadə edilən ChatGPT-nin adı son vaxtlar mübahisəli hadisələrdə çəkilir.

Viskonsin ştatında autizm spektrində olan 30 yaşlı Jakob Irvin ChatGPT ilə söhbətlərində manik epizodlar yaşadıqdan sonra "zamanı dəyişmək" qabiliyyətinə malik olduğuna inanıb.

"Wall Street Journal"a görə, bu hadisə, süni intellektin reallıqdan ayrılması və istifadəçiləri təhlükəli şəkildə həvəsləndirən yeganə nümunə deyil.

ChatGPT-nin ərinin xəyanətini təsdiqləməsi və psixi sağlamlıq dərmanını buraxan qadını tərifləməsi mütəxəssislərin hərəkətinə səbəb olub.

Süni intellektin daimi təsdiqi həyəcan təbili çalır və bu, istifadəçiləri narsissizmə və reallıqdan qopmağa sövq edə bilər. /lent.az


Etiketlər:  ChatGPT qaranlıq tərəfi məsləhətləri yıxır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ