Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Anestezioloqun səhvi ucbatından qadını ayıq ikən əməliyyat etdilər

Anestezioloqun səhvi ucbatından qadını ayıq ikən əməliyyat etdilər

Tarix: 16 Dekabr 2019 22:32

Anestezioloqun səhvi ucbatından qadını ayıq ikən əməliyyat etdilər 

30 yaşlı qadın ginekoloji əməliyyat keçirdikdən sonra xəstəxana və həkimləri məhkəməyə verib. O, iddia edir ki, anesteziya zəif olduğundan, cərrahın onun qarnını necə kəsməsini aydın hiss edib.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, Britaniya sakini ümumi narkoz altında əməliyyata girəcəyini güman edib. Əslində normalara görə də o ümumi narkoz almalıydı. Lakin anestezioloq səhvən spinal iynə vuraraq, qadının yalnız beldən aşağı nahiyyəsini keyləşdirib. Nəticədə xəstə oyaq olaraq, hər şeyi hiss edib. Cərrah isə skalpellə kəsiyi keyləşmiş nahiyədən bir qədər yuxarı edib və qadın dəhşətli ağrılar keçirib.

O, ayaqlarını tərpədə bilməyib, ağzında oksigen maskası olduğu üçün səsini də eşitdirə bilməyib.

Panikadan xəstənin təzyiqi qalxıb, monitorda bunu gördükdən sonra anestezioloq və həkim xəstənin ayıq olduğunu anlayıb. Lakin əməliyyat saxlanılmayıb və elə bu halda da sona çatdırılıb.


Etiketlər:  Anestezioloqun səhvi ucbatından qadını ayıq ikən əməliyyat etdilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ