Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AZAL-dan “Qış aksiyası” çərçivəsində yeni endirimli aviabiletlər

AZAL-dan “Qış aksiyası” çərçivəsində yeni endirimli aviabiletlər

Tarix: 17 Dekabr 2019 18:00

Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" (AZAL) aviabiletlərə endirim kampaniyası elan edir.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, aviabiletlərin 16 yanvar 2020-ci il tarixindən öncə alındığı təqdirdə ekonom-sinif üzrə qiymətlər aşağıdakı kimi olacaq:

Bakı-Antalya-Bakı - 169 avro
Bakı-İstanbul-Bakı - 179 avro
Bakı-Ankara-Bakı - 189 avro
Bakı-Almatı-Bakı - 189 avro
Bakı-Tel-Əviv-Bakı - 229 avro
Bakı-Berlin-Bakı - 269 avro
Bakı-Paris-Bakı - 299 avro, yanvarın 29-dək reyslər
Bakı-Milan-Bakı - 289 avro
Bakı-London-Bakı - 389 avro

Qiymətlər bütün vergi və yığımlar nəzərə alınmaqla göstərilmişdir.

Aviabiletlərin dəyərinə 23 kq-dək baqajın, həmçinin 10 kq-dək əl yükünün (55*40*23 sm-dək ölçüdə) daşınması daxildir.

Endirimli qiymətlərlə təqdim edilən aviabiletlərin sayı məhduddur.


Etiketlər:  AZAL Qış aksiyası çərçivəsində yeni endirimli aviabiletlər


RƏYLƏR