Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2019 12:00
Bakı. Rufiz Hafizoğlu - Trend:
2019-cu ilin 11 ayı ərzində Türkiyədən Azərbaycana kimyəvi məhsulların ixracı 2018-ci ilin eyni dövrü ilə müqayisədə 3,63 faiz artaraq 293,831 milyon dollar təşkil edib.
Bu barədə Trend-ə Türkiyənin Ticarət Nazirliyindən bildiriblər.
Nazirlikdən bildiriblər ki, noyabr ayında Türkiyədən Azərbaycana kimyəvi məhsulların ixracı ötən illə müqayisədə 5,88 faiz artıb və 27,059 milyon dollara bərabər olub.
Ümumilikdə 2019-cu ilin yanvar-noyabr aylarında Türkiyədən Azərbaycana ixrac 9,13 faiz artaraq 1,429 milyard dollar təşkil edib.
Noyabr ayında Türkiyədən Azərbaycana ixrac 24,76 faiz artıb və 157,499 milyon dollara bərabər olub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin