Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2019 10:08
Bakı. Rufiz Hafizoğlu - Trend:
2019-cu ilin yanvar-oktyabr aylarında Türkiyənin türkdilli ölkələrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz artaraq 3,819 milyard dollar təşkil edib.
Bu barədə Trend-ə Türkiyənin Ticarət Nazirliyindən bildiriblər.
Oktyabr ayında Türkiyədən türkdilli ölkələrə ixrac 2018-ci ilin oktyabrı ilə müqayisədə 28,7 faiz artıb və 344,522 milyon dollara bərabər olub.
2019-cu ilin yanvar-oktyabr aylarında türkdilli ölkələrdən Türkiyəyə idxal ötən ilin eyn dövrü ilə müqayisədə 6,9 faiz artaraq 2,634 milyard dollar təşkil edib.
Oktyabr ayında türkdilli ölkələrdən Türkiyəyə idxal 2018-ci ilin oktyabrı ilə müqayisədə 19 faiz artıb və 212,328 milyon dollara bərabər olub.
2019-cu ilin oktyabrında Türkiyənin xarici ticarət dövriyyəsi 34,515 milyard dollar təşkil edib.
Hesabat dövründə ixrac 2018-ci ilin oktyabrı ilə müqayisədə 1,53 faiz azalaraq 16,336 milyard dollar, idxal 10,79 faiz artaraq 18,179 milyarda bərabər olub.
Yanvar-oktyabr aylarında Türkiyənin xarici ticarət dövriyyəsi 320,912 milyard dollar təşkil edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin