Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“IoT” qurğularının mobil şəbəkələrə qoşulma sayı 2,3 milyardadək artacaq

“IoT” qurğularının mobil şəbəkələrə qoşulma sayı 2,3 milyardadək artacaq

Tarix: 21 Dekabr 2019 08:12

"Strategy Analytics" tədqiqat şirkətinin proqnozuna görə, 2025-ci ilədək "Əşyaların interneti (IoT)" avadanlığının mobil şəbəkələrə qoşulma sayı 2,3 milyarda yaxınlaşacaq ki, bunun da 33%-i "5G" texnologiyasının payına düşəcək.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, hələ ki "2G" və "4G" standartları üstünlük təşkil edir: "IoT" qurğularının mobil şəbəkələrə qoşulmasında sözügedən standartların payı 78% təşkil edir. 2020-ci illərdə "5G" şəbəkələri ilk pillədə qərarlaşacaq.

Həmçinin proqnoza görə, 2025-ci ilədək "IoT" avadanlığının mobil şəbəkələrə qoşulma sayı üzrə ən böyük göstərici avtomobil sektorunun payına düşəcək. İkinci yeri sənaye (15%), üçüncü yeri isə kommunal sektoru və nəqliyyat sahəsi (hər biri 12%) tutacaq.


Etiketlər:  qurğularının mobil şəbəkələrə qoşulma sayı milyardadək artacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ