Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2019 20:21
Bakıda dayıoğlu böyrəyini 47 yaşlı bibisi oğluna bağışlayıb.
Sonxeber.net bildirir ki, Respublika Müalicəvi Diaqnostika Mərkəzindən qafqazinfo-ya verilən məlumata görə, 47 yaşlı kişi üzərində böyrəkköçürmə əməliyyatı xəstənin dayısı oğlunun donorluğu sayəsində mümkün olub.
Əməliyyatı Rəşad Şolan aparıb. Cərrah-uroloqun verdiyi məlumata görə, qohumdan böyrək köçürülməsinin öz üstünlükləri var: genetik bağlılıq səbəbindən böyrək yeni orqanizmə daha yaxşı uyğunlaşır.