Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2019 19:16
"Azərişıq" ASC 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
ASC-dən Sonxeber.net-a verilən məlumata görə, bununla əlaqədar, Səhmdar Cəmiyyətin Mərkəzi Aparatında, Regional Enerji Təchizatı və Satışı idarələrində,şəhər və rayon elektrik şəbəkələrində növbətçilik rejimi tətbiq edilərək, qəza xidməti və 199 cağrı mərkəzi 24 saat istehlakçıların xidmətində olacaq.
Bayram və qeyri-iş günlərində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatının təmin olunması, həmçinin bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz elektrik enerjisi təminatı məqsədilə bütün təşkilati və texniki tədbirlər görülüb.