Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daim şokolad, kolbasa, şirniyyat istəyirsinizsə... - Bunlar hansı vitaminlərin çatışmazlığına işarə edir?

Daim şokolad, kolbasa, şirniyyat istəyirsinizsə... - Bunlar hansı vitaminlərin çatışmazlığına işarə edir?

Tarix: 29 Dekabr 2019 22:45

Qidalara olan meylimiz orqanizmdə bəzi maddələrin defisitinə işarə edə bilər.

Sonxeber.net saglamolun.az-a istinadən bildirir ki, əgər insan daim şokolad istəyirsə, bu bir çox hallarda maqneziumun defisitinə işarə edir. Maqneziumun mənbələri: buğda kəpəyi, kakao, qarabaşaq, keşyu, badam, soya.

Duzlu və ya ədviyyatlı qidalara olan meyl aşağı təzyiq və serotonin hormonunun çatışmazlığına işarə edə bilər. Serotonin xoşbəxtlik hormonu sayılır. Orqanizmdə serotoninin səviyyəsini qaldırmaq üçün yumurta, ət, süd məhsulları, çərəzlər yeyin, idmanla məşğul olun, açıq havada gəzin. Təzyiqi normada saxlamaq üçün yaxşı qidalanın, fiziki aktiv olun, qəhvə için, qidalara ədviyyatlar əlavə edin.

İnsan qeyri-adi maddələri (boya, təbaşir, qil və s.) dadmaq istəyirsə bu orqanizmdə kalsium və dəmirin çatışmazlığına işarədir. Kalsiumun əsas mənbələri süd məhsulları, dəmirin isə qaraciyər və ətdir.


Etiketlər:  Daim şokolad kolbasa şirniyyat istəyirsinizsə Bunlar hansı vitaminlərin çatışmazlığına işarə edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ