Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əlləri yumağın əhəmiyyətini göstərən təcrübə

Əlləri yumağın əhəmiyyətini göstərən təcrübə

Tarix: 31 Dekabr 2019 21:16

Discovery Elementary School proqramının əməkdaşı Carali En Metkalf, əl yumağın əhəmiyyətini göstərmək üçün maraqlı bir təcrübə keçirdi. Bu təcrübədə 5 fərqli çörək hissəsi, fərqli şərtlərdə hazırlandıqdan sonra paketlərin içinə qoyularaq saxlandı. Ortaya çıxan nəticələr isə təəccübləndirir.

2014-cü ildə Kortni Li Simpson, sinifindəki uşaqlara əl yumağın əhəmiyyətini göstərmək üçün çörək parçalarını ehtiva edən açıq təcrübə keçirdi. İndi isə, Discovery Elementary School proqramında vəzifə yerinə yetirən Carali En Metkalf, əlləri dezinfeksiya edən məhlulu və məktəb kompyuterlərini də ehtiva edən çox bənzər bir təcrübəyə imza atdı.

Bu təcrübədə 5 fərqli paketin içərisinə yerləşdirilmiş çörək hisssələri var. Bir-birlərindən fərqli olaraq həm təmiz, həm də çirkli əllərlə toxunulmuş olan bu çörəklər, daha sonrakı müddətdə nələr olacağını görmək üçün bir paketin içinə qoyularaq saxlanır. Aparılan təcrübənin nəticələri isə həqiqətən təəccüb doğurur.

Birinci təcrübədə olduğu kimi ilk paket, təmiz bir çörək parçasını ehtiva edən nümunə idi. İkinci paketdə, çirkli əllərlə uşaqlar tərəfindən toxunulan və çox kiflənən bir çörək parçası var. Üçüncü paket isə sabun və suyla yuyulmuş əllərlə toxunulmuş olan çörək parçasını ehtiva edir. Dördüncü paket, əlləri dezinfeksiya edən məhlul istifadə edənlərin toxunduğu çörəyi, sonuncu paket isə məktəb kompyuterlərinə sürtülən və olduqca çox miqdarda kif ehtiva edən bir çörək parçasını saxlayır.


Etiketlər:  Əlləri yumağın əhəmiyyətini göstərən təcrübə


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ