Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2019 07:08
Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin su məkanlarında aparılan hərbi-dəniz təlimləri heç kimə qarşı yönəlməyib.
Trend-in məlumatına görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.
Onun sözlərinə görə, Türkiyənin hərbi dəniz təlimləri bütün dünyanın diqqət mərkəzindədir.
O qeyd edib ki, Türkiyənin bütün güc strukturlarının və Hərbi Dəniz Qüvvələrinin əsas məqsədi ölkənin təhlükəsizliyini təmin etməkdir.
Qeyd edək ki, Türkiyədə ölkə tarixində "Denizkurdu-2019" adlı ən böyük hərbi dəniz təlimləri başlayıb.
Təlimlər mayın 25-dək davam edəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin