Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2020 19:16
Bu gün "MediaTek Communication Conference"də orta səviyyəli smartfonlar üçün nəzərdə tutulmuş yeni "MediaTek Dimensity 800" çipseti təqdim edilib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, şirkət yeni çipin bütün əsas texniki xüsusiyyətlərini açıqlayıb və onun əsasında işləyəcək ilk smartfonların bazara çıxarılma müddətini elan edib.
"Dimensity 800" prosessoru 2,6 QHs takt tezlikli 4 ədəd məhsuldar "Cortex-A77" nüvəsi və 2,2 QHs takt tezlikli 4 ədəd enerjiyə qənaətcil "Cortex-A55" nüvəsi ilə təchiz edilib.
Çip "GPU Mali-G77 MP9" qrafik prosessoru ilə təchiz edilib. Prosessora, həmçinin "Helio M70 5G" modemi inteqrasiya edilib. Bu modem kiçikölçülüdür, eyni zamanda dünyada 4,7 Qbit/s buraxılış qabiliyyətinə malik ən səmərəli və sürətlidir, avtonom və qeyri-avtonom şəbəkələri dəstəkləyir.