Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2020 05:30
Səhər oyanmaqda çətinlik çəkirsinizsə, heç bir şeydən ləzzət ala bilmirsinizsə, özünüzü narahat, hətta dəyərsiz hiss edirsinizsə, ehtiyatlı olun!
Sonxeber.net xəbər verir ki, bunun səbəbi xalq arasında "qış depressiyası" kimi tanınan mövsümi affektiv pozğunluq ola bilər.
Qış depressiyasından necə qorunmaq olar?
Qış aylarında günəş işığının azaldılması beyində melatonin və serotonin ifrazından məsul olan hipotalamus bölgəsinə təsir göstərir, bədənin daxili saatının fəaliyyətində dəyişikliyə yol açaraq depresiv şikayətlərin ortaya çıxmasına səbəb olur. Türkiyəli psixoloq Sema Sözer qış depressiyasına qarşı 4 təsirli tövsiyə verib:
Günəş işığına çıxın
Gün işığından maksimum yararlanmağa çalışın. Evə qapanmayın, gündə yarım saat da olsa, küçəyə çıxmalısınız. Günorta və ya gündüz bir neçə dəqiqə günəşli havada gəzmək faydalıdır. Günəş işığı əhval-ruhiyyəmizə təsir göstərə bilən serotonin ifrazını təsir edərək, yuxu saatını tənzimləyərək metabolizmə birbaşa təsir edə bilir.
Sosiallaşın
Ailəniz və dostlarınızla vaxt keçirməyə, sizə yaxşı təsir edən və rahatlıq verən insanlarla tez-tez görüşməyə tələsin. Təcrübələrinizi, düşüncələrinizi bölüşmək və yaxınlarınızdan emosional dəstək almaq əhvalınızı yaxşılaşdıracaq.