Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2020 12:55
"Bu gecə yata bilmədim... Ötənləri,keçənləri bir-bir vərəqlədim... Elə səhifələr vardı ki, təzədən yazmaq istədim, elə yazı isə vardı ki, bir daha xoşbəxtliyimin fərqinə vardım".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova sosial şəbəkədə yazıb.
O, qızları ilə videosunu paylaşaraq fikirlərini belə ifadə edib:
"Bu gün mənim həyata ikinci gəlişimdir. Bu günədək susduğum və qapadığım ən ağrılı səhifəmə nöqtə qoyub sıfırdan başladığım gündür".