Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kim Çen İn: Dünya istehsal etdiyimiz yeni silahlarla tanış olacaq

Kim Çen İn: Dünya istehsal etdiyimiz yeni silahlarla tanış olacaq

Tarix: 7 Yanvar 2020 08:08

Şimali Koreya lideri Kim Çen İn dünyanın yaxın gələcəkdə ölkəsinin istehsal etdiyi yeni strateji silahlarla tanış olacağını bildirib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, Şimali Koreyanın rəsmi xəbər agentliyi KCNA-nın verdiyi məlumata görə, K.Ç.İn ölkəni idarə edən Koreya İşçi Partiyasının Mərkəzi Komitə yığıncağında çıxış edərək bildirib ki, ABŞ ilə əlaqələrdə etimad yaranması məqsədilə nüvə silah və qitələrarası ballistik raket sınaqlarını dayandırıblar.

Şimali Koreya liderinin sözlərinə görə, ancaq rəsmi Vaşinqton buna Cənubi Koreya ilə birgə təlim keçirərək və Pxenyana daha çox sanksiya tətbiq edərək cavab verib.

"ABŞ bizim başımızı qatır. Raket sınaqlarını dayandırma sazişinə təktərəfli əməl etməyimizə heç bir zərurət yoxdur. Şimali Koreya strateji silah istehsalını inkişaf etdirməlidir. Dünya yaxın gələcəkdə Şimali Koreya Xalq Cümhuriyyətinin yeni strateji silahı ilə tanış olacaq", - deyə K.Ç.İn qeyd edib.

ABŞ prezidenti Donald Tramp isə Pxenyan liderinin açıqlamalarından sonra jurnalistlərə K.Ç.İn ilə çox yaxşı münasibətlərinin olduğunu bildirib.


Etiketlər:  Çen Dünya istehsal etdiyimiz yeni silahlarla tanış olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ