Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tovuzda yük avtomobili yanıb

Tovuzda yük avtomobili yanıb

Tarix: 8 Yanvar 2020 00:30

Bakı. Trend:

Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində "KamAZ" markalı yük avtomobilinin qoşqusunun yanar hissələri və qoşquya yığılan 4 ton ot bağlamasının 1 tonu yanıb.

Fövqəladə Hallaq Nazirliyindən Trend-ə verilən məlumata görə, avtomobil və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Tovuzda yük avtomobili yanıb


RƏYLƏR