Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2020 12:26
Moskvanın Şeremetyevo hava limanından İsrailin paytaxtı Təl-Əvivə uçan "Boeing 777" təyyarəsi geri qayıtmalı olub.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, təyyarə havaya qalxdıqdan sonra yanacaq sensoru işə düşüb.
Nəticədə pilotlar təyyarəni geri qaytarmaq qərarı verib.
Təyyarə Şeremetyevo hava limanında uğurlu eniş edib. İnsident nəticəsində xəsarət alanlar olmayıb.