Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnstaqram hesabınıza başqa birinin daxil olduğunu bu yolla öyrənə bilərsiniz

İnstaqram hesabınıza başqa birinin daxil olduğunu bu yolla öyrənə bilərsiniz

Tarix: 9 Yanvar 2020 22:12

İnstaqrama daxil olduğunuz yerləri öyrənərək hesabınıza edilən şübhəli giriş əməliyyatlarını müəyyən edə bilərsiniz.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, əksər istifadəçilər aşağıdakı sual ilə eyni narahatlıq keçirirlər: İnstaqrama daxil etdiyiniz istifadəçi adı və şifrəsi başqasının əlinə keçsə bunu necə bilərik? Artıq məkanlara baxaraq bunu müəyyən edə bilərsiniz.

Bunun üçün

- İnstaqram mobil tətbiqini açın.

- Hesab məlumatları ilə daxil olun.

- Profil səhifənizi açın. Üstdəki menyu düyməsinə toxunun.

- Bu menyudan "Parametrlər" bölməsinə  daxil olun.

Görünən seçimlərdən "Təhlükəsizlik" nişanına toxunun.

Daha sonra "Giriş Hərəkətləri" hissəsinə daxil olun.

Qarşınıza son Instaqram giriş yerləriniz, tarix, vaxt və cihaz məlumatlarınız çıxacaq.

"Bunu mən etdim" və "Bunu mən etmədim" kimi iki seçim görəcəksiniz.

Əgər "Bunu mən etdim" düyməsinə toxunsanız bir təsdiq ekran yazısı qarşınıza çıxacaq.

İnstaqram giriş yeri, tarix, vaxt və cihazı bilirsinizsə "Təsdiq et" seçimini klikləyin.

Giriş məlumatları haqqında heç bir fikriniz yoxdursa "Mən bunu etmədim" seçiminə vurun.

Qarşınıza şifrə dəyişdirmə ekranı çıxacaq. Özünüzə yeni və daha güclü bir şifrə yaratmalısınız.

Mümkün hesab oğurluğu halında edə biləcəyiniz ən sağlam işlərdən biri iki faktorlu identifikasiyanı həyata keçirməkdir. Kimsə İnstaqram hesabınızın giriş məlumatlarını öyrənsə belə, başqa bir təsdiqlənməyə ehtiyac olduğu üçün hesabınızın təhlükəsizliyi maksimum dərəcədə artıracaq.


Etiketlər:  İnstaqram hesabınıza başqa birinin daxil olduğunu yolla öyrənə bilərsiniz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ