Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranlı general: ''Havadan Müdafiə Sistemi təyyarəni ''Kruz'' raketi hesab edib''

İranlı general: ''Havadan Müdafiə Sistemi təyyarəni ''Kruz'' raketi hesab edib''

Tarix: 11 Yanvar 2020 15:56

Təyyarənin vurulduğu yerlə 19 kilometr məsafədə yerləşən İranın Havadan Müdafiə Sistemi təyyarəni "Kruz" raketi olaraq qiymətləndirib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) aeronavtika qüvvələri komandanı general Əmir Əli Hacızadə deyib.

Ə.Hacızadənin sözlərinə görə, İranın İraqda ABŞ hərbi bazasına hücumundan sonra ABŞ-ın hərbi təyyarələrinin uçuşlarını nəzərə alaraq ölkədə bütün havadan müdafiə sistemi tam hazır vəziyyətə gətirilib.

O əlavə edib ki, bununla əlaqədar Tehran yaxınlığında Bidgənə ətrafında havadan müdafiə sistemi yerləşdirilib:

"Operatorluğa bildirilir ki, İrana qarşı "Kruz" raketləri atılıb. Həmin anda operatorun 10 saniyə vaxtı olub və əlaqə vasitələrində problem yarandığı üçün atəş əmri verib. Mən bu hadisə baş verdikdən dərhal sonra, rəsmilərə məlumat vermişdim".

Ə.Hacızadə deyib ki, İranın Mülki Aviasiya Təşkilatında hadisə ilə əlaqədar kimsənin məlumatı olmayıb:

"Təyyarəni vuran və onun barəsində məlumatlı olan tərəf İran İslam İnqilabı Keşikçilər Korpusunun aeronavtika qüvvələri olub".

Qeyd edək ki, 8 yanvarda İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. İranın Silahlı Qüvvələri Baş Qərargahı bu gün səhər bəyanat verərək təyyarənin İranın Havadan Müdafiə Sistemi tərəfindən səhvən vurulduğunu bildirib.


Etiketlər:  İranlı general Havadan Müdafiə Sistemi təyyarəni Kruz raketi hesab edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ