Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəkər xəstəliyini həll edə biləcək məhlul

Şəkər xəstəliyini həll edə biləcək məhlul

Tarix: 11 Yanvar 2020 21:36

Araşdırmaçılar, şəkər xəstələrinin pəhrizinə əlavə olunacaq bir içki növünün qandakı şəkər nisbətini böyük miqyasda nizamladığını müəyyən etdi. "Keton içkilər" olaraq adlandırılan qidalar, tip 2 diabet üçün həll təqdim edir.

Britaniya Kolumbiya Universitetinin araşdırmaçıları, keton içkilərin qandakı şəkər səviyyəsini nizamladığını və şəkər xəstələrinə köməkçi olduğunu müəyyən etdi.

Universitetin professoru Conatan Litl bu barədə belə danışıb: "Keton içkilər və qida möhkəmlətmələri, çox diqqət cəlb etməyə davam edir. Bu qidaların qismən yeni olmaları səbəbiylə maddələr mübadiləsi üzərindəki təsirlərinə dair əlimizdə olduqca az məlumat var. Biz də bu qidaların idmançı olmayan insanların üzərindəki təsiri araşdıran ilk araşdırmaçı qrupları arasında iştirak edirik".

C.Litl tip 2 diabet xəstəliyində insulin olaraq adlandırılan hormonun funksiyasının pozulduğunu və bu səbəblə qandakı şəkər nisbətinin bədən tərəfindən idarə edilə bilmədiyini deyir və belə danışdı: "Kanadada bu xəstəliyin nisbəti ciddi şəkildə artır və sanki bir epidemiya miqyasına çatdığı deyilə bilər. Tip 2 diabet, bazardakı dərmanlarla və insulin iynələriylə nəzarət altında saxlanılır, ancaq bəzi insanlar, bu xəstəlik üçün hər gün dərman alınmayan üsulları araşdırmaya davam edir".

C.Litl şərhinə bu sözlərlə davam edir: "Aşağı karbonhidratlı bir keton pəhrizinin qandakı şəkər nisbətini nəzarət altına aldığına hətta tip 2 diabet xəstəliyinin təsirlərini azaltdığına dair getdikcə daha çox dəlil ortaya çıxır. Biz də süni ketonların tip 2 diabet xəstələrə verildiyi təqdirdə nə olacağını görmək istədik". C.Litl və qrupu, 15 nəfərlik bir qrupdan axşam yeməyindən dərhal sonra keton içkiləri içmələrini istədi. Yarım saatlıq bir müddətdən sonra da iştirakçılara 75 qram şəkər ehtiva edən bir məhlul daha verildi və bu sırada qan nümunələri alındı.

C.Litl əldə etdikləri nəticələrdən keton qida qidalarının olduqca böyük bir müvəffəqiyyət əldə etdiyini ancaq yenə də xəstəliyi kökdən həll edən bir yol olub olmadığını bilmədiklərini ifadə edir.


Etiketlər:  Şəkər xəstəliyini həll edə biləcək məhlul


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ