Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniya XİN ''Reuters''i gizli şəkildə maliyyələşdirib

Britaniya XİN ''Reuters''i gizli şəkildə maliyyələşdirib

Tarix: 14 Yanvar 2020 08:48

Britaniya hökuməti 1960-1970-ci illərdə Sovet təbliğatına müqavimət olaraq "Reuters"i gizli şəkildə maliyyələşdirirdi.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Britaniya Milli Arxivi tərəfindən yayımlanan yarım əsr əvvəlki sənədlərdə bildirilir.

Bildirildi ki, baş ofisi Londonda olan özəl teleqraf agentliyi (Reuters) o illərdə maddi sıxıntı yaşadığına görə, təxminən 30 il İngiltərə Xarici İşlər Nazirliyinin strukturunda siyasi təbliğata cavabdeh olan Məlumat Tədqiqatlarları Departamentinin təklifinə razılıq verib.

"Reuters"in beynəlxalq nüfuzuna etimadın itirilməməsi üçün, agentliyin Latın Amerikasındakı işi qondarma bir şirkət, Yaxın Şərqdə isə "Reuters" xəbərlərinə abunə üçün daha çox pul ödəməyə başlayan "BBC" vasitələri ilə maliyyələşdirilirdi.

Sənədlərdən belə görünür ki, "Reuters"in Yaxın Şərq bürosu, Xarici İşlər İdarəsinin təkidi ilə Misirin"MENA", Sovetlərin "TASS", eləcə də Fransanın "AFP" informasiya agentlikləri ilə rəqabət üçün yaradılmışdır. Britaniya hökuməti maliyyə yardımı müqabilində "bütün agentliyin gündəliyinə müəyyən təsir" əldə etməyinə və "Reuters" rəhbərliyinin "Xarici İşlər Nazirliyi ilə məsləhətləşmələrini və onun söylədiyi fikirləri dinləməsini təmin etməyini" ümid edib.


Etiketlər:  Britaniya XİN Reutersi gizli şəkildə maliyyələşdirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ