Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Atambayevin həbs müddəti uzadıldı

Atambayevin həbs müddəti uzadıldı

Tarix: 14 Yanvar 2020 20:30

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin həbs müddəti uzadılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, məhkəmə sabiq prezidentin daha iki ay, martın 15-dək barmaqlıqlar arxasında qalması barədə qərar verib.

Məhkəmənin növbəti iclası yanvarın 16-da keçiriləcək.

Qeyd edək ki, A.Atambayev ötən ilin avqustunda keçirilmiş xüsusi əməliyyat nəticəsində saxlanılmışdı. Əməliyyat zamanı xüsusi təyinatlılarla sabiq prezidentin tərəfdarları arasında atışma baş vermişdi. İki gün davam edən əməliyyat sonunda A.Atambayev təslim olmuşdu.

Milli.Az


Etiketlər:  Atambayevin həbs müddəti uzadıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ