Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qaraciyəri təmizləməyin sadə ÜSULLARI

Qaraciyəri təmizləməyin sadə ÜSULLARI

Tarix: 14 Yanvar 2020 21:36

Qaraciyər orqanizmin ən çətin işini görən orqanlarından biri hesab olunur. Həzm zamanı yaranan zərərli maddələri zərərsizləşdirərək bədəndən çıxarır. Bu zaman qaraciyərdə yığılan zəhərli maddələr bu orqanın özünə ziyan vurur. Belə olan halda qaraciyərin özü əlavə köməyə ehtiyac duyur.

Sonxeber.net medicina.az-a istinadən qaraciyəri təmziləməyin üsullarını təqdim edir:
Çoxlu limonlu su için
Gün ərzində çalışın ki, 8-10 stəkan təmiz su qəbul edəsiniz. Bu sadə üsul tullantı maddələrinin orqanizmdən çıxmasına kömək olacaq. Yaxşı olardı ki, günə yarım limonun şirəsi sıxılmış bir stəkan su ilə başlayır. Limon qaraciyərin fəaliyyətini stimulaşdırır. Onun turşuluğu öd ifrazının artıraraq parşalanma məhsullarının bədən çıxmasını təmin edir.

Bol tərəvəz yeyin
Bitki mənşəli qidalar qaraciyəri bərpa edir. Daha çox yaşıl göyərtilər, çuğundur, yerkökü, kələmin bütün növlərindən istifadə edin. Bu tərəvəzlərdən gündə 2 dəfə istifadə edilməlidir. "Pis iyli" sarımsaq, soğan, brokkoli kimi tərəvəzlərdən istifadə etməkdən çəkinməyin. Onların tərkibində olan kükürd qaraciyərin fəaliyyəti üçün əvəzedilməzdir.

Sadə masaj edin
Vaxtaşırı olaraq qaraciyərin və öd kisəsinin yerləşdiyi sağ tərəfdən qabırğaaltı nahiyəni masaj edin. Bu qan dövranını yaxşılaşdıracaq.

Qaraciyəri yükləməyin
Qaraciyər bir çox digər orqanlardan fərqli olaraq istirahət etmir. Bu orqan davamlı olaraq işləyir, əsasən də sahibi stressini alkoqol vasitəsilə aradan qaldırmaq istədikdə. Bu zaman hətta alkoqol, narkotik və ağrıkəsici maddələrin qəbulunun ən miqdarı da qaraciyərə mənfi təsir edir.

Qaraciyəri qorumaq üçün bioloji aktiv maddələr qəbul edin
Qaraciyərin normal işləməsi üçün kifayət miqdarda qidalı maddələr tələb olunur. Buna görə də periodik olaraq mineral və polivitaminlər qəbul edin. Hətta vacib bir mineralın əskikliyi detoksikasıya prosesinə təsir göstərə bilər.

Qaraciyəri minerallarla təmin edin
Qaraciyərin normal detoksikasiya etməsi üçün minerallar çox vacibdir. Bunun üçün gündəlik qida rasionuna diqqət yetirmək lazımdır. Qaraciyər üçün əsasən maqnezium, kalsium, mis, kalium, natrium, dəmir, sink, selen və marqanes vacib hesab olunur.


Etiketlər:  Qaraciyəri təmizləməyin sadə ÜSULLARI


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ