Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2020 07:30
Voronej bölgəsində, 42 yaşlı Ertil rayon sakini, övladlığa götürdüyü azyaşlı oğluna fiziki və psixoloji zor tətbiq etməkdə günahlandırılır.
Sonxeber.net xəbər verir ki, RF İK-nin yerli rəhbərliyinin verdiyi məlumata görə, qadın bir neçə ildir sistematik şəkildə uşağı döyüb, avtomobilin baqajına salıb və hətta suda boğmağa çalışıb.
2016-cı ildən bəri ailə üç oğlan övladlığa götürüb. Onlardan ikisi - 2005, biri isə 2004-cü il təvəllüd olub. Qadının nifrətinin qurbanı isə ən kiçik oğlu olub.
Müstəntiqlərin dediyinə görə, yayda qadın uşağı avtomobilin baqaj hissəsində oturmağa məcbur edib. Evə çatanda isə onu kəndirlə döyüb. Bundan başqa ögey ana oğlunu iri taxta və metal parçası ilə də döyüb. Hətta gecələr onu zirzəmidə də saxlayıb.
Bununla da ürəyi soyumayan qadın digər uşaqları da yeniyetməni mənəvi cəhətdən lağa qoymağa məcbur edib.
Qadına qarşı İttiham aktı istintaq tərəfindən təsdiqlənib. Yaxın günlərdə məhkəmə keçiriləcək. Ana uşaq tərbiyəsi vəzifələrini yerinə yetirməmək, qanunsuz azadlıqdan məhrum etmə, işgəncə vermək, habelə şahidi yalan ifadə verməyə məcbur etməkdə günahlandırılır. Ailənin himayəsində olan digər övladları geri alınaraq Voronejdəki uşaq evlərindən birinə verilib. (ölkə.az)