Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2020 22:16
Bakı. Trend:
Bir sıra zəlzələlər nəticəsində 20 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb, bəziləri gecəni küçələrdə keçirməyi üstün tutub.
Trend-in məlumatına görə, bu barədə Puerto-Riko hakimiyyəti bildirib.
Qeyd edək ki, Karib dənizində-bu adada enerji təchizatı sistemini, infrastrukturu pozan və bir sıra evlərin dağılmasına səbəb olan zəlzələlər baş verib. Ən güclü zəlzənin maqnitudası 6.6 bal təşkil edib. Puerto-Riko hakimiyyəti fövqəladə vəziyyət rejimini elan edib.
Puerto-Riko Dövlət katibi Elmer Roman bildirib ki, təxminən 8,2 min nəfəri dövlət, daha çoxu isə qeyri-resmi sığınacaqlarında yerləşdirilib.
E.Roman, həmçinin 3,5 min insanın hələ də elektrik enerjisindən məhrum olduğunu deyib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin