Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda ağır qəza - ''Toyota'' eyni anda 4 avtomobili əzdi (VİDEO)

Bakıda ağır qəza - ''Toyota'' eyni anda 4 avtomobili əzdi (VİDEO)

Tarix: 18 Yanvar 2020 10:30

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Şəhər istiqaməti ilə hərəkətdə olan 90-MD-770 dövlət nömrəli "Toyota" markalı maşın yol kənarında dayanan avtomobillərə çırpılıb. Hadisə nəticəsində qəza törədən avtomobil də daxil olmaqla 5 nəqliyyat vasitəsi yararsız hala düşüb.

Hadisədə zərərçəkən şəxsin sözlərinə görə, "Toyota"nın sürücüsünün içkili olduğu ehtimal edilir.

Qəza ilə bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda ağır qəza Toyota eyni anda avtomobili əzdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ