Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı aşiq olduğu qadının ərini öldürtdü

Azərbaycanlı aşiq olduğu qadının ərini öldürtdü

Tarix: 18 Yanvar 2020 15:48

Rusiyanın Sankt-Peterburq şəhər məhkəməsində azərbaycanlının məhkəməsi olub.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, azərbaycanlı Qabil Əsədov qətl sifariş etməkdə ittiham edilib.

2010-cu illərin əvvəllərində Sankt-Peterburqda baş verən, mediada "restoran müharibəsi" kimi hallanan cinayətdə iştirak edən Qabil Əsədov qətl sifariş etməkdə ittiham olunur.

Bildirilir ki, o, arvadına vurulduğu Özbəkistan vətəndaşını sifarişlə öldürdüb.

Məhkəmədə Q.Əsədov "bizdə belə şey yolverilməzdir", - deyə heç kimin arvadına göz qoymadığını bildirib.

O, eyni zamanda, mərhumla tanış olduğunu və ona pis heç nə arzulamadığını deyərək ittihamları qəbul etməyib.

Qeyd edək ki, 35 yaşlı özbəyin meyiti arvadı ilə yaşadığı evin qarşısından tapılıb.

Hadisənin şahidi sonradan ifadəsini dəyişərək, həmin şəxsin intihar etdiyini bildirib.

Məhkəmə prosesi davam etdiriləcək.


Etiketlər:  Azərbaycanlı aşiq olduğu qadının ərini öldürtdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ