Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Süleymani ölkəmiz haqqında pis danışırdı”

“Süleymani ölkəmiz haqqında pis danışırdı”

Tarix: 18 Yanvar 2020 21:56

ABŞ Prezidenti Donald Tramp iranlı general Qasım Süleymaninin öldürülməsinə daha bir münasibət bildirib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Tramp Süleymaninin hansı səbəbdən öldürüldüyünü tez-tez soruşanları tənqid edərək onun məşhur terrorçu olduğunu bildirib.

Amerika lideri generalın uzun müddət ABŞ-ın "qara siyahı"sında olduğunu deyib: "Bu şəxs ölkəmiz haqqında pis danışırdı".

Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava Limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun "Qüds" Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb.


Etiketlər:  Süleymani ölkəmiz haqqında danışırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ