Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gündə 300 qram göbələklə bu riskin qarşısını almaq olar

Gündə 300 qram göbələklə bu riskin qarşısını almaq olar

Tarix: 18 Yanvar 2020 22:12

Göbələk son illərdə xüsusilə yaşlı şəxslər arasında geniş rast gəlinən bir xəstəliyin - demensiyanın (ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin itməsi ilə xarakterizə olunan xəstəlik) qarşısnı ala bilir.
 
Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, Sinqapur Milli Universitetinin alimləri, göbələklərin insan həyatı boyunca idrak funksiyalarını yüksək səviyyədə saxlamağa qadir olduğunu təsbit ediblər.
 
Bununla bağlı hər iki cinsdən və yaşı 60 dan yuxarı 660 nəfərdən çox insanın iştirakı ilə 6 il ərzində araşdırma aparılıb.

Sinqapurlu  alimlər müəyyən edib ki, həftədə cəmi 300 qram qaynadılmış göbələk yemək demensiya riskini 50% azalda bilir. Bu nəticəyə insanın yaşı, pis vərdişlərinin olması və ya olmaması, ümumiyyətlə, digər amillərin təsiri olmadığı bildirilir.

Göbələyin əsas faydası isə tərkibində bədəndən xlorid turşusunu çıxarmağa kömək edən və hidroksil radikallarla mübarizə aparan ergotionin olmasıdır.
Göbələk, həmçinin neyronların böyüməsinə kömək edən dictyophora,  scabrosus və s. kimi faydalı maddələrlə də zəngindir.


Etiketlər:  Gündə qram göbələklə riskin qarşısını almaq olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ