Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2020 09:26
Livanın paytaxtı Beyrutda polislər və etirazçılar arasında toqquşmalar baş verib.
Sonxeber.net bildirir ki, Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, toqquşmalar zamanı azı 165 nəfər xəsarət alıb, onlardan 65-i xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, digər xəsarət alanlara hadisə yerində tibbi yardım göstərilib.
Məlumata əsasən, xəsarət alanlar arasında həm etirazçılar, həm də polislər var.
Xatırladaq ki, daha əvvəl Livanın prezidenti Mişel Aun ordudan və polisdən Beyrutun çərkəzində vəziyyətin nizamlanması üçün bütün tədbirləri görməyə çağırıb.