Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2020 08:32
Amerikalı alimlər xüsusi bakteriyalarla birgə qum və xüsusi hidrogeldən ibarət matrisdə "canlı" beton hazırlayıblar. Biotərkibə malik beton yaranmış çatları özü aradan qaldırır.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, alimlər "Synechococcus sp." siyanobakteriyalarını mikroorqanizmlər üçün bir növ qida mühiti olan qum və xüsusi hidrogeldən ibarət karkasda yerləşdiriblər. Bunun sayəsində bakteriyalar çoxalaraq və minerallaşaraq "canlı" beton yaradıblar.
Hər dəfə temperatur yüksəlməsi və rütubətin artması zamanı material "canlanaraq" yenidən çoxalmağa başlayıb. Alimlər bu effekti nümayiş etdirmək üçün kərpici iki yerə bölüblər, bir qədər qum, hidrogel və qida maddələri əlavə ediblər, nəticədə siyanobakteriyalar iki tam kərpic yaradıblar.
Mütəxəssislər hesab edirlər ki, "canlı" beton artıq 5-10 il sonra geniş yayıla bilər.