Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Wi-Fi” siqnalını 10 dəfə artıran ''ağıllı səth'' təqdim edilib

“Wi-Fi” siqnalını 10 dəfə artıran ''ağıllı səth'' təqdim edilib

Tarix: 8 Fevral 2020 08:24

Massaçusets Texnologiya İnstitutunda simsiz internet siqnalını gücləndirmək üçün ucuz üsul hazırlayıblar.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "RFocus" adlı "ağıllı səth" - bu, 3000 kiçikölçülü antenadan ibarət massivdir, onu divara və ya adi lövhəyə bərkitmək olar. Faktiki olaraq, bu səth siqnal gücləndiricisi kimi işləyir. O, marşrutlayıcıdan "Wi-Fi" siqnalını qəbul edir və onu başqa qurğulara ötürür.

Bu, "Wi-Fi" və ya "5G" siqnalının gücləndirilməsi üçün ucuz və sadə üsuldur. İlk sınaqda "ağıllı səth" siqnalı 10 dəfə gücləndirə və şəbəkənin buraxılış qabiliyyətini 2 dəfə artıra bilib.


Etiketlər:  siqnalını dəfə artıran ağıllı səth təqdim edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ