Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2020 08:28
"Vivo" şirkətinin yeni "IQOO 3 5G" modelinin 2020-ci ilin başlanğıcı üçün ən sürətli smartfon olduğu açıqlanıb. Məlum olub ki, bu qurğu Çinin "Geekbench" adlandırılan bençmarkında məhsuldarlıq üzrə ən yüksək nəticələri göstərib.
Çinin yüksək məhsuldarlığa malik flaqman smartfonu "Xiaomi Mi 10 Pro" bu yaxınlarda bazara çıxarılsa da, "Vivo IQOO 3 5G"nin ona rəqib olacağı gözlənilir. "IQOO 3 5G" modeli işləmə sürətinə görə bütün əvvəlki qadcetləri geridə qoymağa qadirdir. Smartfonda "UFS3 3.1" standartının məlumatları oxuması sürəti 1800 Mb/saniyəyə çatır. Məlumatların yazılma sürəti (700 Mb/san) də ekspertləri təəccübləndirib. Qeyd etmək lazımdır ki, qurğunun məhsuldarlıq üzrə sınaqları çox nüvə eksperimentlərində 3217 bal nəticə göstərib. Bu, hazırda maksimal göstərici hesab edilir.
"IQOO 3 5G" komplektasiyasına 6 və 12 Gb əməli yaddaşa malik versiyalara tətbiq edilən güclü "Snapdragon 865" mikrosxemi daxildir. Alıcılar, həmçinin 4370 milliamper/saat tutumlu akkumulyatorla tamamlanan 128 və 256 Gb daxili yaddaşı olan variantları seçə biləcəklər. 6,4 düymlük ekran 64 meqapiksellik sensoru olan 4 modullu əsas obyektivə malikdir. Yeni smatfonun qiyməti və satışa çıxarılma tarixi hələ ki, açıqlanmır.