Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2020 15:20
Modernləşdirmə işlər başa çatdıqdan sonra "Etilen-polietilen" zavodunun etilen üzrə istehsal gücü 2,3 dəfə artacaq.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu "Etilen-polietilen" zavodunun baş mühəndisinin modernləşdirmə üzrə müavini Qadir Əliyev mətbuat üçün təşkil olunmuş tur zamanı deyib.
O bildirib ki, 2017-ci ildə "Etilen-polietilen" zavodunun etilen istehsalı təxminən 100-120 min ton təşkil edirdi:
"2017-ci ildə propilen istehsalı 80-100 min ton təşkil edirdisə, 2020-ci ildə bu göstərici 187 min tona bərabər olacaq".
Q.Əliyev əlavə edib ki, bu il zavodun illik istehsal gücü təxminən iki dəfə artacaq və 192 min ton təşkil edəcək.