Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə S-400 zenit-raket komplekslərinin istifadəyə vermə tarixini açıqladı

Türkiyə S-400 zenit-raket komplekslərinin istifadəyə vermə tarixini açıqladı

Tarix: 21 Fevral 2020 08:26

Rusiyanın S-400 zenit-raket kompleksləri təxminən aprel ayından sonra istifadəyə veriləcək.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Naziri Hulusi Akar bildirib.

H.Akar qeyd edib ki, hazırda təlim prosesi davam edir, işlər plana uyğun aparılır, heç kim buna şübhə etməməlidir.

Akar əlavə etdi ki, təxminən aprel ayından sonra S-400 istifadəyə veriləcək.

Qeyd edək ki, iyulun 12-də Türkiyənin Müdafiə naziri Hulusi Akar S-400 komponentlərinin Türkiyəyə göndərilməyə başlandığını açıqlamışdı.


Etiketlər:  Türkiyə zenit raket komplekslərinin istifadəyə vermə tarixini açıqladı


RƏYLƏR