Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2020 08:24
"Qualcomm" şirkəti üçüncü nəsil "5G" modemini ("Snapdragon X60") təqdim edib. Bu, həm "mmWave", həm də "Sub-6 Ghz" şəbəkələrini dəstəkləyən 5 nm-lik ilk "5G" modemdir.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, yeni modem 7,5 Qbit/s-dək DL sürəti və 3 Qbit/s-dək UL sürəti təmin edir. "X60" modemi "5G"-nin qlobal dəstəyi üçün TDD və FDD şəbəkələrində işləyir. Bundan başqa, sözügedən modem "4G LTE" şəbəkələrini, həmçinin köhnə "3G" və "2G" şəbəkələrini dəstəkləyir.
Yeni modemin ən böyük üstünlüyü onun ölçüsüdür (5 nm).
Yeni radio standartı (VoNR) üzrə səsin ötürülməsi daha bir yeni funksiyadır. Bu funksiya "5G" şəbəkələrində avtonom yüksək keyfiyyətli səs rabitəsini təmin edir.
Yeni "Qualcomm Snapdragon X60 5G" modemi ilə təchiz edilmiş ilk qurğuların 2021-ci ilin əvvəlində bazara çıxarılacağı gözlənilir.