Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Astana formatı"nda növbəti görüşün cari ilin martında keçirilməsi nəzərdə tutulur

Tarix: 2 Mart 2020 23:56

"Astana formatı"nda Suriya ilə bağlı beynəlxalq görüşün cari ilin martında Nur-Sultanda keçirilməsi planlaşdırılır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu görüşdə İran nümayəndələrinin iştirakı da gözlənilir. Lakin Qazaxıstan koronavirusun yayılması səbəbindən İran vətəndaşlarının ölkəyə daxil olmasına qadağa qoyur. Buna baxmayaraq, diplomatik, xidməti pasportların sahibləri və rəsmi nümayəndə heyətlərinin üzvləri üçün istisnalar ola bilər. Buna görə də Qazaxıstan tərəfi İrandan konkret təkliflər gözlədiyini və bundan sonra müvafiq qərar qəbul edəcəklərini bildirir.

Xarici İşlər naziri Muxtar Tleuberdi qazaxıstanlılara yüksək epidemioloji riskə malik ölkələrə getməkdən çəkinməyi tövsiyə edib. Onun sözlərinə görə, bu günə koronavirus infeksiyası ilə xəstələnənlər arasında Qazaxıstan vətəndaşları yoxdur.

Qeyd edək ki, "Astana formatı"nın növbəti beynəlxalq görüşünün mart ayında Nur-Sultanda keçirilməsi İran, Rusiya və Türkiyənin 2019-cu ildə dekabrın 10-11-də keçirilən görüşdə qərara alınmışdı.

Milli.Az


Etiketlər:  Astana formatında növbəti görüşün cari ilin martında keçirilməsi nəzərdə tutulur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ