Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2020 22:27
Koronavirus əşya səthləri üzərində də bir müddət yaşayır və davamlıdır.
Bİz əlimizi spirtləyib, maska axtarışında olarkən, hər gün istifadə etdiyimiz sevimli əşyamız çox asanlıqla sanki bir canlı kimi nəinki koronavirusu, hətta müxtəlif qrip ştamlarını də özünə çəkə bilər.
Bu mobil telefon, smartfonlardır.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, mütəxəssilər koronavirusun ən çox dəmir, pastik və kağız üzərində çox yaşadığını bildiriblər.
Bunu nəzərə alaraq telefonumuz potensial təhlükə mənbəyidir.
Ona görə hər gün telefonlarınızı dezinfeksiya etməlisiz. Yaxşı olar ki, telefonun arxasına kip yapışan qapaq taxıb, ekranına qoruyucu plyonka çəkib, hər gün onları dezinfeksiya edəsiz, lazım gələrsə çıxarıb atasız.
Telefonu necə dezinfeksiya edəcəyinizi təqdim edirik.
Telefonun səthi və kənarları hər gün axşam tibbi spirt, tibbi spirtli salfetlər (apteklərdə olur), spirt tərkibli istənilən antibakterial məhlul və ya dezinfeksiyaedici (uçucu tərkibli) vasitə ilə yaxşıca təmizlənməlidir.
Prosesi əlcək taxaraq edin.
Gün ərzində telefonu olduğunu yerlərdə müxtəlif səthlərə qoymayın. Ya cibinizdə, ya çantanızda saxlayın.