Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2020 15:36
Azərbaycanda yəhudi irsi üzrə yaradılan marşrut və görülən işlər, eləcə də bu turizm məhsulunun təbliğatı İsrail hökuməti tərəfindən yüksək qiymətləndirilir.
Sonxeber.net xəbər verir ki, Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, bunu İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik Agentliyinin sədri Fuad Nağıyevlə görüşündə deyib.
Görüşdə iki ölkə arasında turizm sahəsində mümkün əməkdaşlıq istiqamətləri, cari il ərzində hər iki ölkədə turizm sektoru üzrə baş tutacaq beynəlxalq tədbirlər müzakirə edilib.
Görüş çərçivəsində Azərbaycan və İsrail arasında qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.