Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2020 19:52
Pininfarina şirkəti 90 il əvvəl Battista "Pinin" Farina tərəfindən təsis edilib. O vaxtdan bəri özünü avtomobil dizaynına həsr edən marka keçən il istehsal etdiyi yeni və ilk avtomobili təqdim etmişdi. Şirkətin ilk avtomobili qurucunun adını daşıyan Pininfarina Battista idi. Bu elektrikli hiper avtomobil keçən il Cenevrə avtomobil sərgisində təqdim olunmuşdu.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, builki sərgi ləğv edildiyi üçün Pininfarina Battista Anniversario-nun yeni versiyasını yalnız uzaqdan görmək mümkün olub.
Yeni versiyanın ön barmaqlıq, yan bıçaqlar və arxa hissəsində metal və mavi rəngli karbon lif dizaynından istifadə olunub. Ağ zolaqlar isə görünüşə fərqlilik bəxş edir. Avtomobilin iç hissəsində mavi, ağ və yeni bir boz tonun istifadə edilməsi diqqət çəkir.
Avtomobili bəyənməmək mümkün deyil. Bu da təbii ki, qiymətə təsir edir.
Yeni avtomobilin qiyməti 2,6 milyon avrodur, təxminən 5 milyon manata bu avtomobili əldə etmək mümkündür. Bildirək ki, Pininfarina Battista Anniversario-dan yalnız 150 ədəd istehsal edilib.
Battista-nın 1877 at gücünə sahib mühərrikinin olması və sürətinin 0-dan 100 km-ə 2 saniyədə artacağı gözlənilir. Avtomobilin sürətinin 300 km/saata çatması isə 12 saniyə ərzində mümkün olacaq. Ən yüksək sürət həddi isə saatda 350 kilometrə qədərdir.