Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2020 13:48
Bakı. Elçin Mehdiyev - Trend:
Əmanətlərin sığortalanması məsələsi çox aktualdır. Layihə göstərir ki, Azərbaycan dövləti xalqının yanındadır və onun problemlərini həll etmək baxımından lazımi işlər görür.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.
O bildirib: "Əgər böhran olarsa belə, biz tam hazırıq. Neftin qiymətinin aşağı düşməsi yalnız koronavirusla bağlıdır və bir-iki ay müddətinə keçəcək. Əks halda dünyada neftin ucuzlaşmasına heç bir əsas yoxdur”.
Deputatın sözlərinə görə, əmanətlərin sığortalanmasının 9 ay müddətinə uzatmaq həm maliyyə, həm də bank sektoruna hökumətin dəstəyi deməkdir:
“Dövlət Neft Fondundan 2020-ci ilin büdcəsinə 11 milyard 350 milyon manat transfert olunması nəzərdə tutulub. Hətta Dövlət neft Fondu 7 il müddətində heç bir gəlir etməsə belə, dövlət büdcəsinə transfertləri köçürmək imkanına malikdir. Bu baxımdan pessimist düşünməyə ehtiyac yoxdur. Təkcə iki ay ərzində nəzərdə tutulan proqnozdan artıq gömrük vergi orqanlarından büdcəyə vəsait daxil olub. Vətəndaşlarımız bilsin ki, neftin qiymətinin düşməsi qısa müddətlidir və bunu qarşılamağa hökumətin hər cür imkanı var”.