Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Google Duo”da qrup videozəngləri əlçatan olub

“Google Duo”da qrup  videozəngləri əlçatan olub

Tarix: 27 May 2019 12:32

“Android” əməliyyat sisteminə öncədən quraşdırılan “Google Duo” videoçatında qrup videozəngləri funksiyası əlçatan olub. Dialoqda eyni anda ən çoxu 8 nəfər iştirak edə bilər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, qrup videozəngləri, uzun müddət olar ki, “Skype”da reallaşdırılıb: eyni anda 50-dək istifadəçi ünsiyyət saxlaya bilər. “iOS” sisteminin idarəetməsi altında işləyən qurğularda başlanğıc ayar kimi quraşdırılan “Apple FaceTime”də ötən ilin oktyabrından başlayaraq limit 2-dən 32-dək artırılıb. “Facebook Messenger”də məhdudiyyət 50-dək təşkil edir. “WhatsApp” messencerində ən çox 4 istifadəçi eyni anda ünsiyyət saxlaya bilər.

 

Qrup videozəngləri funksiyası hələ ki yalnız mobil qurğularda əlçatandır. Bu il istifadəyə verilmiş “Duo” veb kliyentində sözügedən imkan həli ki yoxdur.

 

Bundan başqa, “Duo”nun yeni versiyasında “Wi-Fi” mobil şəbəkələrində məlumatların ötürülməsini məhdudlaşdırmağa imkan verən rejim əlçatan olub. Lakin şirkətdən bildirilib ki, Hindistan, İndoneziya və Braziliya daxil olmaqla yalnız "bəzi" regionların sakinləri həmin rejimi aktivləşdirə bilərlər.

 

Emil Hüseynov




Etiketlər:  Google Duoda qrup videozəngləri əlçatan olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ